Xəbər lenti

Nurməhəmmədovu məğlub edən azərbaycanlı döyüşçü qripdən öldü
İdman 17:29 27.01.2019

Nurməhəmmədovu məğlub edən azərbaycanlı döyüşçü qripdən öldü

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

Qaynarinfo İnterpress.az-a istinadən bildirir ki, bu barədə MMA-ın Azərbaycandakı rəsmi nümayəndəliyi məlumat yayıb. 

Məlumata görə, idmançı bir müddət əvvəl qrip xəstəliyinə yoluxub. Ondan sonra vəziyyəti ağırlaşmağa başlayıb. Xəstəxənaya yerləşdirilən X.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün axşam saatlarında dünyasını dəyişib. 

Hazırda mərhum idmançının nəşi torpağa tapşırılması üçün doğulduğu Sabirabad rayonuna aparılır.

Qeyd edək ki, X.Məmmədov Həbib Nurməhəmmədovu məğlub edən yeganə döyüşçü olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->