Dünya 17:04 10.10.2018

Nyu Yorkda 3-cü cins kateqoriyası rəsmiləşdirildi

ABŞ-ın Nyu York şəhərində doğum şəhadətnaməsində artıq 3-cü cins göstəriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə şəhər meri Bill de Blasio sərəncam imzalayıb. Artıq "qadın", "kişi" kateqoriyaları ilə yanaşı 3-cü cinsi bildirən "X"dən də istifadə etmək mümkün olacaq. 

Qeyd edək ki, daha əvvəl Nyu Cersi, Oreqon, Vaşinqton, Kaliforniyada da oxşar qərarlar qəbul edilib.

Gülşən