Foto 17:35 11.12.2017

Nyu Yorkda partlayış (FOTOLAR)

ABŞ-ın Nyu York şəhərində yerləşən Tayms meydanında avtobus dayanacağında partlayış baş verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bombalı hücum təşkil edildiyi və hadisədə şübhəli bilinən bir nəfərin həbs edildiyi deyilir. 3 nəfərin yaralanması barədə məlumat yayılıb, ölənlər barədə informasiya verilmir. 

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb edilib. 

Gülşən