Maqazin 10:48 15.01.2018

"O Ses Türkiye"nin azərbaycanlı iştirakçısı ağladı: "Sevdiyim qız başqasına ərə gedir" (VİDEO)

Dünən "O ses Türkiye" mahnı yarışmasının II turunun seçimləri olub.

Qaynarinfo-nun məlumatına görə, bu mərhələdə müğənni Hadisənin komandasında çıxış edən azərbaycanlı ifaçı Ozan Əhmədov növbəti tura keçib.
 
Səhnədə "Duyanlara duymayanlara" mahnısını ifa edən Ozan sonda göz yaşlarını saxlaya bilməyib. Onun bu performansı izləyiciləri duyğulandırıb, hər kəs mahnını təkrar oxuması üçün bir ağızdan "Bir daha" deyə qışqırıblar. 
 
Seçim mərhələsində müğənni Hadisə 2018-ci ildə yoluna azərbaycanlı ifaçı Ozan Əhmədovla davam edəcəyini bildirib.

Seçimdən öncə isə o, Ozandan nə üçün ağladığını soruşub. İfaçı sevdiyi qıza görə ağladığını bildirib:

"İllər öncə bir qızı sevdim. 10 ildir axtarırdım, tapa bilmirdim. Yaxınlarda toyu olacaq".