Dünya 15:43 18.07.2018

Obama Trampa diktator dedi

Sabiq ABŞ prezidenti Barak Obama Nelson Mandelanın 100 illiyi münasibətilə təşkil edilən tədbirdə hazırkı prezident Donald Trampı tənqid edib.

Qaynarinfo xəbər verir ki, Cənubi Afrika Respublikasında çıxış edən Obama ad çəkmədən Tramp barədə tənqidi fikirlər səsləndirib:

"Qorxu və kin siyasəti yüksəlməyə başlayıb. Diktator siyasəti həyatımıza daxil olub. Demokratiya mühafizə edilib, lakin demokratik qurumlara müdaxiləyə çalışırlar. Azad mediaya hücumlar təşkil edilir. Qadağa və senzuralar başlayıb. Bir dövrlər informasiya yayan və anlayışı təbliğ edən sosial media nifrət nümayişi və təbliğat məqsədilə istifadə edilir".

Gülşən