Foto 17:29 19.03.2024

Ölüm xəbəri yayılan kral Vindzor qalasında göründü (FOTO)

Kral III Çarlz Londonda Vindzor qalasından çıxarkən görüntülənib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Xərçəng xəstəliyinin müalicəsini davam etdirən 75 yaşlı III Çarlz Berkşirdəki evindən çıxaraq kral limuzininə əyləşib. 

Bir gün əvvəl mətbuatda onun dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılmışdı. Nəşrin məlumatına görə, III Çarlz Londondakı Klarens Hausa yollanıb.

Aydın