Dünya 11:40 10.11.2013

Olimpiya məşəli kosmosda - VİDEO

Kosmonavtlar məşəlin 6 saata yaxın açıq kosmosda qalacağını bildiriblər

İdman  Beynəlxalq Kosmik Stansiyanın rusiyalı ekspedisiya üzvləri Olimpiya məşəlini ilk dəfə olaraq birbaşa açıq kosmosa çıxarıblar. Oleq Kotov və Sergey Ryazanski Qrinviç vaxtı ilə saat 14:34 radələrində Soçi Qış Oyunlarının sönük məşəlini stansiyanın ətrafında özləri ilə daşıyıb. 

Kosmonavtlar məşəlin 6 saata yaxın açıq kosmosda qalacağını bildiriblər. Olimpiya məşəli Beynəlxalq Kosmik Stansiyaya Baykanur Kosmodromundan buraxılmış "Soyuz" kosmik gəmisi ilə gətirilib. Bu məşəlinin birbaşa açıq kosmosa ilk çıxışıdır./ans.tv/