Dünya 09:43 05.08.2018

Orxan Camalın cənazəsi Moskvaya gətirildi

Mərkəzi Afrika Respublikasında qətlə yetirilən Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camal və digər iki rusiyalı media nümayəndəsinin cənazəsi Moskvaya gətirilib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, cənazələri daşıyan "Air France" aviaşirkətinin təyyarəsi "1144" saylı reyslə Şeremetyevo hava limanına eniş edib. Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər üzərində 2 gün ərzində ekspertiza həyata keçirilməsi planlaşdırılır. Orxan Camalın dəfni 8 avqust tarixində keçiriləcək və vida mərasimi Moskvanın Cümə məscidində baş tutacaq.

Qeyd edək ki, jurnalistlər MAR-a sənədli film çəkilişi üçün yollanıb və qeyri-müəyyən şəxslər tərəfindən öldürülüb.

Gülşən