YUĞ Teatrı Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında “FƏNA” adlı tamaşa (bir nəfəslik mərifət oyunu) hazırlayıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, tamaşanın quruluşçu rejissoru Mir Sahibdir. Tamaşada aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehtiyev və Novruz Novruzlu oynayırlar.
55 dəqiqəlik tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.
Tamaşa özünü-özlüyünü itirmiş üç nəfər, öz fitrətlərini insan surətində görüb, onun dəvətilə özlərinə-özlüyünə qayıdış haqqındadır.
Qaynar.info
Şərhlər