Video 15:16 21.11.2018

Oyun zamanı anası öldü, işini dayandırmadı və meydanda ağladı (VİDEO)

UEFA Millətlər Liqasının A Liqasının I qrupunda keçirilən Almaniya - Hollandiya matçının fasiləsində qarılaşmanın hakimi Ovidiu Haeqan ansının öldüyü barədə məlumat alıb.

Qaynarinfo xəbər verir ki, referi anasının ölümünə rəğmən ikinci hissədə meydana çıxara matçı davam etdirib. Lakin qarşılaşmanın finalın fitini səsləndirdikdən sonra özünü saxlaya bilməyərək ağlamağa başlayıb. Bu zaman Hollandiyanın futbolçusu Virgil van Diyk onu qucaqlayaraq təsəlli verməyə çalışıb. 

"Liverpul"un futbolçusu oyundan sonrakı açıqlamasında "Matçıdan sonra hisslərinə hakim ola bilmədi və ağlamağa başladı. Çünki anası vəfat etmişdi. Ona güclü olmasını dedim və gözəl oyun idarə etdiyini bildirdim. Sözlərim bu acının qarşısında kiçik təsəlli idi, amma ümid edirəm ki, nəticəsi olub" deyib.

Qeyd edək ki, Almaniya - Hollandiya qarşılaşması 2:2 hesabı ilə bitib. Nəticədə hollandlar növbəti mərhələyə vəsiqə qazanıb.