Xəbər lenti

Parisdə atışma: İki nəfər öldü, 6 yaralı var
Dünya 16:53 23.12.2022

Parisdə atışma: İki nəfər öldü, 6 yaralı var

Parisdə atışma nəticəsində iki nəfər ölüb. Hücum Parisin 10-cu rayonunda, Rue Angien küçəsindəki kürd mədəniyyət mərkəzinin yaxınlığında baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rosbalt BFMTV-yə istinadla məlumat yayıb

Daha 4 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polisin ilkin məlumatlarına görə, hadisəni törədən şəxs təkbaşına hərəkət edib. O, həbs edilib və polis onun motivlərini araşdırır.

Polis prefekturası vətəndaşları hadisə yerindən uzqlaşmağa çağırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->