Dünya 16:37 06.09.2013

Parlamentdə gizli səsvermə yasaqlandı

Braziliya parlamentinin Nümayəndələr Məclisi ölkənin ali qanunverici strukturunda gizli səsverməni qadağan edən qanun layıhəsini qəbul edib.
 
Milli.Az AHT-yə istinadən bildirir ki, 452 parlamentarın lehinə səs verdiyi qanun layihəsini parlamentin yuxarı palatası olan Senat təsdiqləməlidir.
 
Avqustda küçələrə çıxaraq etiraz aksiyaları keçirən on milyonlarla braziliyalı ölkə parlamentində qanunların müzakirə və qəbul prosesinin şəffaflaşdırılmasını tələb etmişdilər.
 
Qaynar.info