Siyasət 21:33 21.05.2018

Paşinyan: Putinlə Qarabağı müzakirə etmişik

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllini mayın 14-də Soçi səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.  

Oxu.Az "Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə  Paşinyan jurnalistlərə verdiyi açıqlamada danışıb.

Ermənistan baş nazirinin sözlərinə görə, Soçidə Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində baş tutan görüş, yüksək səviyyədə keçirilib.

Qarabağ məsələsinin müzakirə olunub-olunmadığı sualına, Paşinyan: "Bəli...bütün məsələlər müzakirə olunub”, - cavabını verib.