Dünya 17:11 25.06.2018

Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasını təcili toplayıb.

Qaynarinfo Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda baş nazir konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar ölkənin təhlükəsizliyi ilə bağlı siyasətinin Şura tərəfindən icra olunacağını diqqətə çatdırıb.

Aprel döyüşlərindən sonra ilk dəfə keçirilən iclasda Ermənistan ordusunun hazırkı vəziyyəti, hərbi texnika və silahlanmaya dair proqramlar və s. müzakirə olunub.