Ekonomiks 21:25 08.08.2019

“Petkim”in gəliri 40% artıb

Əsas payı SOCAR-a məxsus olan Türkiyənin "Petkim" neft-kimya kompleksinin bu ilin ilk yarısında xalis gəliri 890 mln. türk lirəsi təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% çoxdur.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, digər tərəfdən, şirkətin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalaraq 439 milyon lirə təşkil edib.

Cari ilin yanvar-iyun aylarında "Petkim"in satışdan əldə etdiyi gəlir 40% artaraq 5,9 mlrd. lirəyə çatıb.