Xəbər lenti

İdman 12:50 22.02.2013

Pike: "Barselona" hər kəsin hesab etdiyi yaxşı komanda deyil"

"Barselona"nın müdafiəçisi Jerard Pike 2-0-lıq "Milan" məğlubiyyətinin komandada gərginlik yaratdığını deyib.

Qaynar.info-nun məlumatına görə, Pike məğlubiyyətin səbəbinin diqqətsizlik olduğunu və cavab oyununda bunu təkrarlamayacaqlarını söyləyib: "Həqiqətən də pis nəticə əldə etdik. İlk qolu qapımızdan buraxdıq və diqqətimiz dağıldı. Daha yaxşı oynamalı, səhvlərdən nəticə çıxarmalı və "Nou Kamp"dakı oyunda növbəti mərhələyə keçməliyik. Bəlkə də biz hər kəsin hesab etdiyi kimi yaxşı komanda deyilik".

"San Siro"da oynamağın çox çətin olduğunu və atmosferin də bir üstünlük olduğunu söyləyən Pike, "Milan" böyük bir klubdur. Amma biz də "Barselona"yıq və növbəti mərhələyə keçmək üçün əlimizdən gələni etməliyik" deyib.

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->