Xəbər lenti

Bill Qeyts rəsmi vəzifəsi olmasa da,
Dünya 21:49 30.04.2024

Bill Qeyts rəsmi vəzifəsi olmasa da, "Microsoft"u idarə edir

2021-ci ildə İdarə Heyətindən istefa verən "Microsoft"un keçmiş rəhbəri Bill Qeyts rəsmi rolu olmasa da, şirkətin strateji təşəbbüslərinə, xüsusən də süni intellekt sahəsində əhəmiyyətli təsir göstərməyə davam edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" mənbələrə istinadən yazıb.

Jurnalistlərin fikrincə, Qeyts şirkətin korporativ həyatında fəal rol oynayır, strateji məsələlər üzrə məsləhətlər verir, məhsulun təhlilində iştirak edir, eləcə də əsas menecerlərin işə götürülməsi prosesində və "OpenAI"nin baş direktoru Sem Altmanla mühüm tərəfdaşlıq əlaqələrinin qorunmasında iştirak edir.

Keçən il "Microsoft" süni intellekt texnologiyasını özünün "Bing" axtarış sistemində tətbiq etdiyini elan edib və sonradan onun adı dəyişdirilərək "Copilot" olub. Mənbələrə görə, Bill Qeyts bu həllin hazırlanmasında və həyata keçirilməsində əsas rol oynayıb.

"Microsoft"un hazırkı rəhbəri Satya Nadella və şirkətin yüksək menecmenti Bill Qeytsin fikrini yüksək qiymətləndirir, korporasiyada əsaslı dəyişikliklər edərkən bunu nəzərə alır. "OpenAI" ilə tərəfdaşlığın başlanğıcından bəri Bill Qeyts mütəmadi olaraq Sam Altmandan əsas nailiyyətlər və problemlər haqqında təqdimatlar alır.

Qeyd olunur ki, hazırda Bill Qeyts mütəmadi olaraq evinə baş çəkən Sem Altmanla sıx əlaqələr saxlayır. Mənbələr deyirlər ki, Bill Qeytsin "Microsoft"a təsiri onun "OpenAI"dəki iştirakından çox-çox kənara çıxır. Bill Qeyts şəxsən keçmişdə demişdi ki, vaxtının təxminən 10%-ni "Redmond"da "Microsoft"a məhsul strategiyası ilə bağlı məsləhət vermək üçün keçirir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->