Foto 17:05 23.08.2018

Prezident 3 ölkənin səfirinin etimadnaməsini qəbul etdi (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, məlumatı Prezidentin Mətbuat xidməti yayıb. 

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin etimadnaməsini qəbul edib.