Ölkə 12:30 07.12.2017

Prezident və birinci vitse-prezident Qubadadır

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gedib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.