İdman 14:23 02.04.2018

Prezidentliyə namizəd olacağı deyilən futbolçu özündən çıxdı

Türkiyənin "Konyaspor" klubunda çıxış edən Samuel Eto ölkəsində prezidentliyə namizəd olacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, Fransanın "Jeune Afrique" jurnalında çıxan xəbərlə bağlı "Facebook" hesabında açıqlama yayan Eto kəskin mövqeyi ilə diqqət çəkib:

"Zarafat bəhanəsilə mənə aid edilən bu sözləri hörmətsizlik kimi qəbul edirəm. Bir kamerunlu olaraq ölkədəki qurumlara və yaradıcılarına hörmət edirəm. 2018-ci il prezident seçkiləri və bu vəzifənin belə bir zarafat mövzusu kimi istifadə etmək üçün çox vacib olduğunu düşünürəm".

Qeyd edək ki, jurnalın Eto barədə bu açıqlamasının 1 aprel zarafatı olduğu üzə çıxıb. 

Gülşən