Xəbər lenti

Siyasət 11:56 03.04.2018

Prezidentliyə namizədlərin seçki fondlarına nə qədər pul daxil olub? (MƏBLƏĞ)

Azərbaycanda prezidentliyə namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, prezidentliyə namizəd İlham Əliyevin ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.

Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəliri 9 900 manat, Araz Əlizadənin seçki fondunun gəliri 10 000 manat, Qüdrət Həsənquliyevin seçki fondunun gəliri 25 000 manat, Fərəc Quliyevin isə seçki fondunun gəliri 10 060 manat olub.

Digər namizədlər - Hafiz Hacıyev, Razi Nurullayev Sərdar Cəlaloğlunun (Məmmədovun) MSK-ya təqdim etdiyi sənədlərə əsasən, onların seçki fonduna vəsait daxil olmayıb.

Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->