Dünya 14:02 03.05.2013

Prokuroru küçənin ortasında güllələdilər

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin məhkəməsinin prokurorların biri olan Şodri Zülfüqar paytaxt İslamabadda güllələnib. 

Qaynar.info-nun məlumatına görə, sərnişin taksisindən prokurora 12 güllə açılıb. Prokuror hadisə yerindəcə ölüb. 

Polis rəsmisi Məhəmməd İshaq Zülfüqarın avtomobili ilə gedərkən silahlı şəxslər tərəfindən güllələndiyini bildirib. 

Qeyd edək ki, Zülfüqar ölkənin keçmiş baş naziri Benazir Bhuttonun öldürülməsi ilə bağlı aparılan istintaqda da iştirak etmişdi. 

Qaynar.info