Xəbər lenti

PSJ Çempionlar Liqasının ən pis komandasıdır
İdman 10:55 08.05.2024

PSJ Çempionlar Liqasının ən pis komandasıdır

PSJ Çempionlar Liqasının yarımfinalında 7 oyundan 6-sını (86%) uduzub ki, bu da ən azı 5 oyun keçirmiş komandalar arasında ən pis nəticəsidir. 

Qaynarinfo bu barədə championat.com-a istinadən xəbər verir.

Mayın 7-də Paris təmsilçisi yarımfinalın ikinci oyununda Dortmund "Borussiya"sına "Park des Prins" stadionunda 0:1 hesabı ilə uduzaraq turnirin finalına çıxa bilməyib. Maraqlıdır ki, Dortmundda keçirilən ilk oyun da eyni hesabla "Borussiya"nın xeyrinə başa çatıb.

PSJ turnirdəki yeganə yarımfinal qələbəsini 2020-ci ildə "Leypsiq" (3:0) üzərində qazanıb. Həmin il yarımfinallar koronavirus pandemiyası səbəbindən bir oyunda oynanılıb. Finalda fransızlar "Bavariya"ya uduzub (0:1).

Bu mövsüm PSJ 1/8 finalda "Real Sosyedad"a qalib gəlib (ümumi hesab4:1), 1/4 finalda isə "Barselona"dan güclü olub (ümumi hesab 6:4).

Bu mövsümün finalında "Borussiya" "Real Madrid" - "Bavariya" cütünün qalibi ilə mübarizə aparacaq. Bu komandaların ilk görüşü Münhendə baş tutub və 2:2 hesabı ilə yekunlaşıb. Cavab oyunu bu gün 8-də Madriddə, "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

2024-cü il Çempionlar Liqasının finalı 1 iyun 2024-cü ildə Londondakı Uembli stadionunda baş tutacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->