İdman 15:46 11.10.2019

Putin: “Burnumu sındırdılar, hər şey bitdi”

Rusiya Prezidenti Vladimir Putin gəncliyində aldığı boks zədəsindən danışıb.

Qaynarinfo xəbər verir ki, o bu haqda "Rusiya İdman derjavasıdır" beynəlxalq forumunda ona boks əlcəkləri hədiyyə olunarkən danışıb.

Prezident bir vaxtlar özünü boksda sınadığını etiraf edib. 

"Ancaq elə təzə başlamışdım ki, burnumu sındıdırdlar, bundan sonra hər şey bitdi. Həkimə getmədim. Burnumun bitişməsi xeyli vaxt aldı. Buna görə də başqa bir idman növünə keçdim", - prezident deyib.

Alpər