Rusiya prezidenti Vladimir Putin Krımın Rusiyaya ilhaqının 4-cü ilində yarımadada səhnəyə çıxıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 18 martda keçiriləcək prezident seçkilərinin əsas namizədi hesab edilən Putin "4 il Krım baharı" adlı konsertdə səhnəyə çıxaraq böyük kütlə qarşısında danışıb:
"4 il öncə tarixi qərar aldınız. Bu qərar sayəsində, Sevastopol və Krım ana vətəni Rusiyaya geri qayıtdı. Krım Ukraynaya geri verilməyəcək. O referendumda verdiyiniz səslər bütün dünyaya demokratiyanın nə olduğu göstərdi. Krımın xoşbəxt gələcəyi üçün daha çox iş görmək lazımdır. Uzun müddətdə bunların hamısı ediləcək. Sizinlə böyük güc olduğumuzu sübut etdik".
Putinin bu hərəkətinə ABŞ-dan reaksiya gəlib. Xarici işlər nazirliyi açıqlama ilə çıxış edib:
"Rusiya prezidenti Vladimir Putin Sevastopoldakı nitqi ilə Ukrayna torpağını ilhaq etdiyini qəbul etdi. Beynəlxalq hüquq və ölkələrin torpaq bütövlüyünə hörmət etmədiyini bir daha sübut etdi. Krım referendumu Rusiya əsgərlərinin nəzarəti ilə keçirilib. Bu referendum dünya tərəfindən tanınmır. İlhaq altındakı Krım sakinləri son 4 ildə zorakılığa məruz qalıb, Rusiyaya meyilli mövqeyə sahib olmayanlara şiddət tətbiq edilib".
Gülşən
Şərhlər