Ölkə 13:15 17.10.2013

Putin və Ərdoğan görüşəcək


Payız fəslinin sonlarına planlaşdırılan görüş Moskva şəhərində baş tutacaq


Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Moskvada görüşəcək. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, payız fəslinin sonlarına planlaşdırılan görüş Moskva şəhərində baş tutacaq.

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksey Meşkov görüş barədə yayılan xəbərləri təsdiqləyib: "Rusiya Federasiyası prezidentinin və Türkiyə Respublikasının baş nazirinin görüşlərinə hazırlaşırıq".


Qaynar.info