Xəbər lenti

Qadın futbolçulara təcavüz edən federasiya prezidenti işdən çıxarıldı
İdman 12:28 29.12.2018

Qadın futbolçulara təcavüz edən federasiya prezidenti işdən çıxarıldı

Əfqanıstan Futbol Federasiyasının prezidenti Kəramuddin Kərim vəzifəsindən azad olunub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, Əfqanıstan qadın yığma komandasının oyunçularına təcavüz etməkdə ittiham olunur. 3 qadın futbolçu bu barədə prezidentdən şikayət edib.

Şikayətçilərdən biri şiddətə məruz qaldığını və federasiya rəhbərinin ona təcavüz etdiyini qeyd edib:

"Digər otağa keçək" dedi. İçəri girdikdən sonra qapını bağladı. Yatağa uzanmağımı tələb etdi. Sonra mənə "bu gün geyiminin altında nə olduğunu görəcəyəm" dedi. Mən getmək istədiyimi söylədim, amma "istədiyin qədər qışqır, heç kim səni eşitməz" dedi və sonra məni yatağa itələdi. Qarşılıq verdiyim üçün üzümdən vurdu. Məni döyməyə başladı. Özümə gələndə çılpaq idim. Burnumdan, dodağımdan qan axırdı. Məni yenə döydü. Hər yerim qan içində idi. Daha sonra silahını çıxarıb, başıma dirədi və "Səni də, ailəni də öldürərəm. Yaşamaq istəyirsənsə, səsini çıxarma" dedi".

Digər şikayətçilər isə Kəramuddin Kərimin onlarla cinsi əlaqədə olmaq istədiyini, qəbul etmədikləri üçün komandadan xaric edildiklərini bildiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->