Video 09:54 17.08.2018

Qapıçının son anda vurduğu qol komandanı məğlubiyyətdən xilas etdi (VİDEO)

İngiltərənin "Qisboro Toun" və "Neyton Aykliffe" klublarının qarşılaşmasında maraqlı anlar yaşanıb.

Qaynarinfo xəbər verir ki, "Qisboro Toun"un qapıçısı Cordan Nikson 90+4-cü dəqiqədə rəqib komandanın qapısına qol vuraraq, komandasını məğlubiyyətdən xilas edib.

Belə ki, oyunun sonlarına doğru 2:3 hesabı ilə məğlub olan "Qisboro Toun"nun qapıçısı topu sinəsi ilə qəbul edərək, qapıya göndərib.

Matçdan olan həmin kadrları sizə təqdim edirik: