Dünya 17:07 08.01.2019

Qara dənizdə batan gəminin azərbaycanlı kapitanının da meyiti tapıldı (YENİLƏNİB)

Qara dənizdə batan "Volga Balt 214" gəmisinin itkin düşmüş daha iki heyətinin cəsədi tapılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, tapılanlardan biri gəminin azərbaycan əsilli kapitanı Turbat İsmayılovdur. 
 
Hələ də itkin olan digər iki nəfərin tapılması üçün axtarışlar davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Sahil Mühafizə Xidməti axtarışları 80 mil sahədə 2 qayıq və 1 helikopterlə həyata keçirir.

***** 
Ötən gün Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən yük gəmisinin batması nəticəsində itkin düşən 6 nəfərdən 2-sinin cəsədi tapılıb.

Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, meyiti tapılanlar 41 yaşlı Azərbaycan vətəndaşı Məmmədəli İbrahimov və 31 yaşlı Ukrayna vətəndaşı Ruslan Bodnikdir. 

Qeyd edək ki, 13 nəfərlik heyətin 7-si qəzadan sağ xilas edilib. Hələ də itkin olan şəxslərin adlarını təqdim edirik:

Gəminin kapitanı Azərbaycan əsilli Turbat İsmayılov (47 yaş), Ukrayna əsilli Rostislav Vyazovski (38 yaş), Dmitri Krepets (32 yaş), Vladimir Ovdiienko (22 yaş)
 
Gülşən