İdman 14:05 18.07.2019

"Qarabağ" "Ayaks"la qarşılaşa bilər

Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində İrlandiyanın "Dundalk” klubunu mübarizədən kənarlaşdıra bilsə, güclü rəqiblə qarşılaşa bilər.

Belə iyulun 22-də kiçiləcək püşkata zamanı "Qarabağ" - "Dundalk" cütlüyü "səpələnəməmişlər" səbətində yer alacaq və rəqib "səpələnmişlər" səbətindən seçiləcək. Bu da o deməkdi ki, "Qarabağ”a reytinqi güclü komandalardan biri düşə bilər. Bu siyahıda Çempionlar Liqasının son yarımfinalçısı "Ayaks" da var.

Çempionlar Liqası
III təsnifat mərhələsi
 
Çempionlar Yolu
Səpələnmişlər: "Ayaks” (Hollandiya), "Seltik” (Şotlandiya) - "Nomme Kalyu” (Estoniya) cütünün qalibi, TNS (Uels) – "Kopenhagen” (Danimarka) cütünün qalibi, "Saburtalo” (Gürcüstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi, BATE (Belarus) – "Rusenborq” (Norveç) cütünün qalibi, "Sutyeska” (Monteneqro) – APOEL (Nikosiya, Kipr) cütünün qalibi
 
Səpələnməmişlər: PAOK (Yunanıstan), "Dandolk” (İrlandiya) – "Qarabağ” (Azərbaycan) cütünün qalibi, "Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi, "Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi, CFR (Rumıniya) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi, Ferensvaroş (Macarıstan) – "Valetta” (Malta)
 
Liqa yolu
Səpələnmişlər: "Portu" (Portuqaliya), Dinamo (Kiyev, Ukrayna), "Viktoriya" (Çexiya) - "Bazel" (İsveçrə) cütünün qalibi, PSV (Hollandiya) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi

Səpələnməmişlər: "Brügge" (Belçika), "Krasnodar" (Rusiya), "Başakşəhər" (Türkiyə), LASK (Avstriya)