İdman 22:55 18.07.2018

"Qarabağ" Çempionlar Liqasının II mərhələsində

"Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab matçına çıxıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu Sloveniyanın "Olimpiya” komandasını qəbul edib.

Səfərdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" doğma divarlar arasında rəqibə şans verməyib və 0:0 hesablı heç-heçə ilə mərhələ adlayıb. Təmsilçimiz növbəti mərhələdə Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi 
Cavab oyunu

18 iyul
Qarabağ (Azərbaycan) - Olimpiya (Sloveniya) 0:0
Qırmızı vərəqə: Marko Qayiç, 90+5. 
Qarabağ: 13. Vaqner da Silva, 5. Maksim Medvedev (k), 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana (19. Filip Ozobiç, 42), 11. Mahir Mədətov (25. Ansi Aqolli, 90+4), 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpiya: 31. Alyaj İvaçiç, 3. Makki Baqnak (30. Branko İliç, 74), 5. Marko Qayiç, 7. Rok Kronaveter (8. Daniyel Mişkiç, 72), 21. Kinqsli Boatenq, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç (29. Matiç Çrniç, 46), 90. Tomislav Tomiç, 95. Daniel Avramovski.
Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 15. Asmir Sulyiç, 22. Haris Kadriç, 10. Qoran Brkiç.
Baş məşqçi: İliya Stolitsa.
Sarı vərəqələr: Maksim Medvedev, 87 - Kinqsli Boatenq, 5. Marko Putinçanin, 85. Marko Qayiç, 86. 
Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Casapu, David Fuxman (İsrail).
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.