Azərbaycan çempionu "Qarabağ” üç futbolçu ilə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb.
Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Şərhlər