Foto 17:10 26.05.2018

Qaradağda qumlu külək: avtomobillərin hərəkətinə çətinlik yarandı (FOTOLAR)

Qaradağda tozlu duman magistral yolda sürücülərin hərəkətinə çətinlik yaradıb.

Qaynrinfo unikal.org-a istinadən xəbər verir ki, səhər saatlarında paytaxt ərazisində əsən güclü külək  Qaradağ rayon ərazisində tozlu dumanla müşahid olunub.
 
Nəticədə ətrafı bürüyən toz duman nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.Sürücülərin sözlərinə görə hətta 10 metr qarşıda gedən maşını görmək olmur.