Maqazin 12:36 28.01.2015

“Qardaşım geyimlərimə qarışır”: ANS-in aparıcısı

Elnarə Təhməzova onun geyiminə qarışanlara sərt reaksiya verdi.

Gecce.az xəbər verir ki, qınaqlardan bezar olan teleaparıcı ailəsinin müdaxiləsi ilə də qarşılaşdığını deyir.

“Göz önündə olduğumuz üçün də hər zaman qınaqlara tuş gəlirik. Bizim evdə də qınaq var. Çox vaxt qardaşım geyimlərimə görə danışır. Mən başa düşə bilmirəm ki, dənizə gedəndə çimərlik geyimi geyinmək qədər normal nə ola bilər ki? Belə getsə, xəzlə dənizə girəcəm.

Amma bizimkilər  məclislərində iştirak etmələri üçün açıq-saçıq geyinən xarici ulduzlara ətək-ətək pullar tökürlər.”

Qaynar.info