Xəbər lenti

Qazaxıstan Azərbaycana yeni məhsul ixrac edəcək  (FOTO)
Foto 21:50 20.06.2018

Qazaxıstan Azərbaycana yeni məhsul ixrac edəcək (FOTO)

Qazaxıstanın Mangistau vilayətində yerləşən və neft-qaz sahəsi üçün nasos istehsalı ilə məşğul olan sex öz məhsulunu Azərbaycana tədarük edəcək.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, sex artıq Xəzəryanı ölkələrdən sifarişlərin qəbuluna başlayıb:

"Azərbaycanla artıq müqavilə bağlanıb və yerli şirkətlə böyük bir layihə var. Məhsul yeni yataq üçün istehsal olunacaq”.

İnvestor Məhəmməd Raziyev bildirib ki, əvvəlcə ildə min nasos istehsal etmək planlaşdırılır:

"Azərbaycan üçün avandanlıq tam hazırdır. Bundan başqa, yeni layihə üçün sifarişlər almışıq. Onlar üçün avadanlıqlar hazırlanır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->