Dünya 11:50 18.01.2018

Qazaxıstanda dəhşət: 52 nəfər avtobusda yanıb öldü (VİDEO)

Qazaxıstanın Aktau vilayətində sərnişin avtobusu yanıb.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, hərəkət edən zaman alov alan avtobusda azı 52 nəfərin öldüyü deyilir. Sadəcə 5 nəfəri xilas etmək mümkün olub. 

Daxili işlər nazirliyi ölənlərin Qazaxıstan vətəndaşı və ya digər ölkələrdən olması barədə məlumat olmadığını bildirib.
 
Aktyubinsk vilayətinin Fövqəladə Hallar Departamentində Əməliyyat Qərargahı yaradılıb.

İlkin məlumata görə, avtobusdakı sərnişinlərin hamısı Özbəkistan vətəndaşları olub. 
 
Gülşən