Xəbər lenti

Qazaxıstanda vertolyot qəzaya uğrayıb: - 2 ÖLÜ
Dünya 18:49 16.10.2013

Qazaxıstanda vertolyot qəzaya uğrayıb: - 2 ÖLÜ


Uralsk şəhərindən 35 kilometr aralıda iki yerə bölünmüş vertolyot və 2 cəsəd tapılıb

Qazaxıstanın Uralsk şəhərindən 35 kilometr aralıda iki yerə bölünmüş vertolyot və həlak olmuş 2 nəfərin parçalanmış cəsədi tapılıb.
 
ANS PRESS-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, hadisə yerində təhqiqat aparan operativ istintaq qrupu cəsədlərin şəxsiyyətini müəyənləşdirib.
 
Onlardan biri "Talab" şirkətinin sahibi Vladimir Volkovdur. Digər cəsəd isə şirkətin əməkdaşı Qriqori Polyaniçkoya məxsusdur.

Uralsk Vilayət Fövqəladə Hallar Departamentinin vahid növbətçi dispetçer xidmətinin idarə rəisi Maksim Xayrəddinovun fərziyyəsinə görə, vertolyot dumanlı havada yolunu itirərək qəzaya uğrayıb.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->