İdman 13:05 16.06.2013

“Qəbələ” “Bakı”nı darmadağın etdi

Paytaxt klubu 5:0 məğlub olub

“Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünü major notlarla yekunlaşdırıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar”ın U-19, U-17, U-16 və U-11 komandalarının ardından U-15 kollektivi də çempionluq tituluna yiyələnib.

U-15 Liqasının son – həlledici turunda “Qəbələ” doğma meydançada “Bakı” ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç qonaqların darmadağını ilə yekunlaşıb – 5:0. “Qəbələ”yə 3 xal qazandıran qollara Nurlan Quliyev, Fərid Əsədli, Fərid Nəbiyev, Azər İsmayılov və Əhməd Mirzəyev imza atıb.

Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran Hüseynqulu Quliyevin yetirmələri rəqibləri üçün əlçatmaz olub. Liqanı “Əlincə” 18 xalla ikinci, “Bakı” 17 xalla üçüncü yerdə tamamlayıb.

Qeyd edək ki, bu “Qəbələ”nin U-15 Liqasında ilk çempionluğu kimi tarixə düşdü.