"Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldovanın "Şerif” klubu ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Qaynarinfo Fanat.Az-a istinadən xəbər verir ki, UEFA görüşü gürcüstanlı hakimlərə tapşırıb.
Matçı Georgi Kruaşvili idarə edəcək. Ona Zaza Menteşaşvili və Zaza Pipia yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə azəbaycanlı referi İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
Şərhlər