Dünya 15:15 11.08.2018

Qərbi Azərbaycan əyalətində atışma: 11 terrorçu öldürüldü

İran İnqilab Keşikçiləri Ordusunun əsgərləri ilə bir qrup silahlı terrorçu arasında atışma olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İranın Qərbi Azərbaycan əyalətinin Uşnu bölgəsində baş verib. Atışma zamanı 11 terrorçu öldürülüb, çoxlu sayda terrorçu isə yaralanıb. İran tərəfindən itkilərin olub olmadığı hələlik məlum deyil.

İran İnqilab Keşikçiləri Ordusunun yaydığı yazılı açıqlamaya görə, xarici kəşfiyyat orqanları tərəfindən dəstəklənən terror qrupu ölkəyə qeyri-qanuni daxil olmaq istəyib.

Açıqlamada terror qruplaşmasının adı qeyd olunmayıb.