Dünya 10:44 12.02.2018

Qeyri-qanuni mədənə basqın: 18 nəfər öldü

Venesuelada qeyri-qanuni mədənə edilən basqın nəticəsində çox sayda insan dünyasını dəyişib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Sikaprada baş verən hadisədə polislə silahlı qruplaşma arasında qarşıdurma yaşanıb. Nəticədə, azı 18 nəfər ölüb.

Əməliyyat nəticəsində çox sayda silah-sursat, bomba ələ keçirilib.

Qeyd edək ki, Bolivar əyalətində 2016-cı ildə 17 mədən işçisinin cəsədinin yerləşdiyi kütləvi məzarlıq aşkarlanmışdı.

Gülşən