Dünya 15:10 16.03.2018

Qırıcılar bazarı bombaladı, 51 nəfər öldü

Suriyada rejim qüvvələri və Rusiyaya aid qırıcılar bu gün Şərqi Qutada bazar meydanını bombalayıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Suriya İnsan Haqları Müşahidə Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, aralarında uşaqların da olduğu 31 nəfər ölüb. Anadolu xəbər agentliyi isə 40 nəfərin həyatını itirdiyini yazıb.

Borbardman nəticəsində 100-dən çox dinc sakin isə yaralanıb. Səhər saatlarında da Suriyanın Sakba əyalətinə edilən hava hücumu nəticəsində 10 nəfər dünyasını dəyişib.

Ötən ay BMT Təhlükəsizlik Şurasının bölgədə bir aylıq atəşkəs elan edilməsi barədə qərarı da Bəşər Əsəd və Rusiyanı dayandırmayıb.

Məlumatlara görə, son həftələrdə münaqişələrdə ölənlərin sayı 1000-ə çatıb.