Dünya 10:04 19.04.2018

Qırğısıztanda parlament hökumətə etimad etmədiyini elan etdi

Qırğızıstan Parlamenti deputatları hökumətin fəaliyyətinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.
 
Qaynarinfo məlumatına görə, bu barədə ölkənin qanunverci orqanının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq barədə qərarı 101 deputat dəstəkləyib, 5 nəfər isə əleyhinə səs verib.

Yaxın vaxtlarda qərar respublika prezidenti Sooronbay Jeenbekova göndəriləcək. Qnunverciliyə uyğun olaraq prezident ya Nazirlər Kabinetini istefaya göndərəcək, ya da təklifi rədd edəcək.