Dünya 13:21 19.12.2013

Qızının nişanlısından 1 milyon "like" istədi


Yəməndə ərə getməyə hazırlaşan qızın atasının başlıq pulu əvəzində istədiyi şey ölkəni bir-birinə qatıb.

Qaynar.info
xəbər verir ki, Taiz şəhərində yaşayan şair Saim Ayaş qızının nişanlısından başlıq pulu əvəzində "facebook" da 1 milyon "like" yığmasını istəyib.

İTAR TASS yazır ki, 25 milyon əhalisi və internetə məhdud çıxışı olan bir ölkə üçün bu qədər rəqəm həddindən artıq böyükdür.

Xəbər tezliklə bütün ölkə bnoyu yayılmağa başlayıb. Bloggerlər toyun baş tutması üçün sosial şəbəkələrdə olan hər kəsi aktiv olmağa və "like"lərini əsirgəməməyə çağırıb.

Hələki, yığılan "like"lərin sayı 30 mindən bir qədər çoxdur.

Qaynar.info