Dünya 19:10 23.03.2018

Qocaların pulsuzluq və depressiya ilə qeyri-adi mübarizəsi

Dünyada ən çox yaşlı əhaliyə sahib Yaponiyada qocalar pulsuzluq və depressiya ilə mübarizə məqsədilə qeyri-adi yola əl atırlar.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yaşı 65-dən çox olan şəxslər həbsə girməyə çalışaraq pul və depressiyanın öhdəsindən gəlməyə çalışırlar. Qocalar kiçik cinayətlərlə öz məqsədlərinə çatmağa cəhd göstərirlər. Bunun üçün onlar kiçik cinayətlərə əl atırlar. Son 20 ildə cinayət törədən yaşlıların sayı 4 dəfə artıb. Onlar azadlığa çıxandan sonra 24 ay içində təkrar həbsə girmək üçün cinayət törədirlər.

Ölkədə yaşlı qadınların 50%-i, kişilərin isə 29%-i yoxsulluqla üz-üzədir. 

Həbsxanadakı qadınlar burada daha stabil və yaxşı həyatlarının olduğunu deyir. Hətta həbsxana işçiləri qocaların qeydinə qala bilmək üçün tədris prosesinə cəlb olunur.

Gülşən