Dünya 16:02 03.05.2013

Qonşusunun evinə qumbara atdı

Tanınmamış Dnestryanı Respublikasında bir nəfər qonşusunun yüksək səslə musiqi dinləməsinə dözə bilməyib. 

Qaynar.info-nun məlumatına görə, həmin şəxs qonşusunu susdurmaq üçün qeyri-adi üsula əl atıb. 

Spirtli içki qəbul etmiş şəxs əvvəlcə mahnı dinləyən qadına bir neçə dəfə xəbərdarlıq edib. Hətta qonşular möhkəm mübahisə də ediblər. 

Qonşunun musiqinin səsini almamasına daha da əsəbləşən kişi evindən götürdüyü əl qumbarasını həyətdə səslənən musiqi setinin üzərinə atıb.  

Partlayış nəticəsində musuqu dinləyən 50 yaşlı qadın müxtəlif bədən xəsarətləri alıb. 

Sərxoş qonşu polis bölməsinə, qadın isə xəstəxanaya aparılıb.

Qaynar.info