Dünya 11:16 11.04.2018

Qrenlandiyada təhlükəli "Qara Zona" aşkarlanıb

Qrenlandiyada təhlükəli "Qara Zona" meydana gəlib.

Qaynarinfo Science Alert-ə istinadən xəbər verir ki, "drone"la çəkilən görüntülərdə ərazidə buz normadan sürətlə əriyir. "Qara Zona"nın uzunluğu 400 km, eni isə 100 km-dir. 

2014-cü ildə ərimənin belə sürətlə getməsinə səbəb buzun üzərindəki minerallar və mikrobik qalıqlar göstərilmişdi. Buzun üzərində yerləşən toz, qara karbon tünd rəngli yosunun yaranması üçün şərait yaradır və bu, daha çox Günəş istiliyinin udulmasına, ərimənin sürətlənməsinə təsir göstərir.

Buz sahəsinin belə sürətlə əriməsi dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Hər il dəniz səviyyəsi 3 mm artır, lakin bu ölçü hər 12 aydan bir dəyişir və 0,08 mm artım müşahidə edilir. Qrenlandiyadakı ərimənin bu prosesə kəskin təsir edəcəyi gözlənilir.

Gülşən