Dünya 09:54 22.05.2018

Quam adasında güclü zəlzələ

Sakit okeanda yerləşən Quam adasında 5,6 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, adanın 76 km cənub-şərqində müşahidə edilən təkan yerin 15,6 km dərinliyində qeydə alınıb. Sunami xəbərdarlığı edilməyib. Zəlzələ Marian çökəkliyindəki tərpəniş səbəbilə baş verib.

Qeyd edək ki, Quam adası ABŞ-ın nəzarətindədir və bu ölkənin burada hərbi bazası yerləşir.

Gülşən