Video 12:08 22.02.2019

Qubada ağır qəza: yaralananlar var (VİDEO)

Quba rayonunda  ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo-nun report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Hacıqayıb kəndinin ərazisində baş verib.

Belə ki, rayonun Ərməkiqışlaq kənd sakini, Ceyhun Nadirovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, rayonun Ələmmədoba kənd sakini Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobil toqquşub.

Nəticədə C.Nadirov hadisə zamanı özündən gedərək huşunu itirib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər xəsarət alıblar. Yaralılar Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, yaralılar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.