Ölkə 14:11 18.09.2019

Qubada ayı kənd sakininə hücum etdi

Qubanın Cimi kəndinin sakini ayının hücumuna məruz qalıb.

Qaynarinfo xəbər verir ki, ayı 1981-ci il təvəllüdlü Nərimanov Akif Əlisəfa oğluna hücum edərək müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin sabit olduğu bildirilir.